BƏƏ-də minifutbol üzrə dünya çempionatının püşkü atılıb
İyunun 20-də Birşəlmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Çempionluq uğrunda mübarizə aparacaq 32 komanda səkkiz qrupa bölünüb.

Mundiala Avropa çempionu kimi qatılacaq Azərbaycan komandası G qrupunda Tunis, Misir və İraq yığmaları ilə oynayacaq.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində təşkil olunacaq.

Xəbər 112 dəfə oxundu.