“Avro-2024”ün seçmə mərhələsində növbəti oyunlar keçirilib
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində IV turun daha 10 oyunu keçirilib.

Azərbaycan millisinin yer aldığı F qrupunda iki qarşılaşma baş tutub. Avstriya seçməsi evdə İsveçi 2:0, Belçika isə səfərdə Estoniyanı 3:0 hesabları ilə məğlubiyyətə uğradıb.

Digər görüşlərdə aşağıdaı nəticələr qeydə alınıb:

Norveç – Kipr - 3:1

Moldova – Polşa - 3:2

Farer adaları – Albaniya - 1:3

Macarıstan – Litva - 2:0

Bolqarıstan – Serbiya - 1:1

İslandiya – Portuqaliya - 0:1

Bosniya və Herseqovina – Lüksemburq - 0:2

Lixtenşteyn – Slovakiya - 0:1

Xəbər 105 dəfə oxundu.