Asiman Qurbanlı: Vətənə yenidən qalib bir idmançı kimi qayıtmaq istəyirəm
Hər bir idmançı kimi, biz də Vətənimizə yüksək nəticələr və qızıl medallarla qayıtmaq istəyirik.

Bu sözləri karateçi Asiman Qurbanlı Üçüncü Avropa Oyunları barədə danışarkən bildirib.

İdmançı qeyd edib ki, əlimizdə olan şəraitlərdən maksimum dərəcədə istifadə edərək təlim-məşq toplanışlarını uğurla həyata keçirmişik. Mən Avropa Oyunlarında qalib gələrək yenidən Vətənə qalib bir idmançı kimi qayıtmaq istəyirəm.

“Polşaya çox böyük ümidlərlə gedirik. Düşünürəm ki, nəticələrimiz də gözlədiyimiz kimi olar”, - deyə Asiman Qurbanlı əlavə edib.

Xəbər 115 dəfə oxundu.