Yaşar Bəşirov: Vətənə böyük uğur və qələbə ilə qayıdacağımıza inanırıq
Biz vətənə böyük uğur və qələbə ilə qayıdacağımıza inanırıq.

Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Federasiya prezidenti qeyd edib ki, Avropa Oyunlarında rəqabət çox böyük olacaq. Lakin biz hər zaman olduğu kimi, qızıl medallar əldə edəcəyik.

“Mən inanıram ki, idmançılarımız da məşqçilərinin ümidlərini doğruldacaqlar. Kumite növündə ən çox lisenziyanı biz qazanmışıq, 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacağıq. Bu isə o deməkdir ki, federasiyada hərtərəfli iş gedir. Ən azı 3-4 medal götürməyə çalışacağıq”, - deyə Yaşar Bəşirov əlavə edib.

Xəbər 115 dəfə oxundu.