İrina Zaretska: Avropa Oyunlarına bütün gücümlə hazıram
Mən ikinci dəfə Avropa Oyunlarının qalibi olmaq istəyirəm.

Bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska bildirib.

İdmançı artıq yarışın keçiriləcəyi məkana yollandıqlarını qeyd edib.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq. Premyer Liqanın geridə qalan mərhələlərində bir qızıl, bir bürünc medal qazanmışam. Bilirəm ki, Avropa Oyunlarında daha yüksək reytinqli rəqiblərlə qarşılaşacağıq. Mən bütün gücümlə yarışa hazıram. Polşadan ən yaxşı nəticə ilə dönməyə çalışacağam”, - deyə o əlavə edib.

Xəbər 153 dəfə oxundu.