Dünya Qadın Seriyasının "Orlean" mərhələsində yığmamızın və "Neftçi" nin qrupları müəyyənləşib
İyunun 23-24-də Fransanın Orlean şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Bildirilib ki, bu mərhələdə qadın yığma komandamızla yanaşı, “Neftçi” klubu da mübarizə aparacaq. "Orlean" mərhələsində yığmamız C qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək.

“Neftçi” ilk oyununu Bakı vaxtı ilə saat 16:00-da Kanada seçməsinə qarşı keçirəcək.

Qadın yığmamızın qrupdakı ilk oyunu isə Bakı vaxtı saat 16:50-də ABŞ millisinə qarşı olacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xəbər 130 dəfə oxundu.