“Avro 2024”ün rəsmi maskotu bəlli oldu
UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunu təqdim edib.

Növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.

Qeyd edək ki, “Avro-2024” gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Xəbər 119 dəfə oxundu.