Badmintonçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Yeniyetmə və uşaq badmintonçularımız iyunun 22-dən 25-dək Serbiyanın Novi Sad şəhərində keçiriləcək “Serbian Youth Inernational” turnirində iştirak edəcək.

Həbibə Quliyeva U-11, Qəndab Niftəlizadə, Ömər Teymurlu və Fərəc Kərimli U-13, Əli Gözəlov, Aysu Kərimzadə və Leyla Camalzadə isə 15 yaşadək badmintonçuların yarışında şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil edəcək. Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev turnir öncəsi komandamızın üzvləri ilə görüşərək onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, yeniyetmə və uşaq badmintonçularımız ardıcıl olaraq ikinci il Novi Sad şəhərində keçiriləcək “Serbian Youth International” turnirinə qatılacaq.

Badmintonçularımız daha öncə İsrail və Estoniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edərək mükafatçılar sırasında yer almağı bacarıb.

Xəbər 165 dəfə oxundu.