“Avro-2024”: İngiltərə yığması Şimali Makedoniyanı darmadağın edib
İngiltərə yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü tur matçında Şimali Makedoniyanı darmadağın edib.

Mançesterdəki "Old Trafford" stadionunda keçirilən görüş 7:0 hesabı ilə başa çatıb.

İngiltərə bununla da ardıcıl dördüncü qələbəsini qazanıb və aktivində 12 xalla C qrupunda liderdir. Şimali Makedoniya dördüncü yerdədir.

“Avro-2024”ün seçmə mərhələsinin qrup mərhələsinə noyabrın 21-də yekun vurulacaq.

Xəbər 111 dəfə oxundu.