Azərbaycan çempionatı: “StreetFighter 5” və “Valorant” turnirlərinin qalibləri bəlli olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Elektron İdman Növləri Federasiyasının təşkilatçılığı ilə kompüter oyunları üzrə XVII milli çempionat çərçivəsində keçirilən “StreetFighter 5” üzrə turnir başa çatıb.

“StreetFighter 5” üzrə turnirin finalında Orxan Hüseynov qələbə qazanıb (3-0). Səid Hacıyev ikinci yeri tutub.

XVII milli çempionat çərçivəsində həm də “Valorant” üzrə turnirə yekun vurulub. İyirmi komandadan 127 iştirakçının qatıldığı yarışda “Begrip” kollektivi üçüncü yerə layiq görülüb. Finalda “Fireland” gərgin mübarizənin yekununda “Dippy Ravens”ə qalib gəlib (2-0).

Qeyd edək ki, 2019-cu ilədək olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan elektron idman növlərinin populyarlığı bu gün də artmaqdadır.

Azərbaycan Elektron İdman Növləri Federasiyasının əsas məqsədi elektron idman növlərinin mədəniyyətini inkişaf etdirmək, ölkəmizdə beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 109 dəfə oxundu.