“Sabah” klubu Türkiyədə beynəlxalq turnirin qalibi olub
Bakının “Sabah” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” beynəlxalq turnirinin qalibi olub.

Qrup və dörddəbir final mərhələsini uğurla başa vuran baş məşqçi Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”a 3:2, finalda isə “Altınordu”ya 1:0 hesabı ilə qalib gəliblər.

“Sabah”ın U-12 komandasının heyətində yarımfinalda dublla yadda qalan Abbas Məmmədli həlledici qarşılaşmada da yeganə qolun müəllifi olub.

Xəbər 111 dəfə oxundu.