Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq” turnirinə yekun vurulub
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq” futbol turniri başa çatıb.

Turnir “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilib.

Turnirdə Marneulinin “Olimp” komandası birinci olub. “Gorarxı” yarışı ikinci, Tbilisinin “Krtsanisi” komandası isə üçüncü pillədə başa vurublar.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin direktoru Rezo Həsənov qalibləri təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, turnirdə 8 komanda birincilik uğrunda mübarizə aparıb.

Xəbər 104 dəfə oxundu.