Azərbaycan millisi elit-raund mərhələsində mübarizəyə səfər oyunu ilə başlayacaq
2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin A qrupunda keçirəcəyi oyunların təqvimi dəqiqləşib.

Komandamız ilk və son matçını səfərdə keçirəcək. Azarkeşlər doğma arenada ilk dueli sentyabrın 20-də izləyəcəklər.

Millimiz sentyabrın 15-də Rumıniya, oktyabrın 11-də Qazaxıstan, dekabrın 20-də isə Niderland millisi ilə səfərdə üz-üzə gələcək.

Azərbaycan – Niderland oyunu sentyabrın 20-də, Azərbaycan – Qazaxıstan matçı oktyabrın 6-da, Azərbaycan – Rumıniya görüşü isə dekabrın 15-də təşkil olunacaq.

Xəbər 101 dəfə oxundu.