Aerobika gimnastlarımız Misirdə üç qızıl medal qazanıblar
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” beynəlxalq turnirində üç qızıl medal qazanıblar.

Böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

Xəbər 132 dəfə oxundu.