İspaniya milli komandası UEFA Millətlər Liqasının qalibi olub
Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının qalibi olub.

Turnirin finalında İspaniya millisi Xorvatiya yığması ilə qarşılaşıb.

Niderlandın Rotterdam şəhərində təşkil olunan final matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında İspaniya millisi 5:4 hesabı ilə qalib gəlib.

İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019-cu il) və Fransa (2021-ci il) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununadək keçirilməsi planlaşdırılır.

Xəbər 102 dəfə oxundu.