Kişilərdən ibarət 3x3 basketbol millimiz 1/4 finalda
İyunun 18-də 3x3 basketbol üzrə kişi yığmamız Avropa kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.

Əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14-16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib. Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.

Xəbər 137 dəfə oxundu.