“Alaves” növbəti mövsümdən İspaniya La Liqasında mübarizə aparacaq
2023-2024-cü illər mövsümündə futbol üzrə İspaniya La Liqasında mübarizə aparacaq sonuncu komandanın adına aydınlıq gəlib.

La Liqaya yüksəlmək uğrunda həlledici görüşdə “Alaves” səfərdə “Levante”ni məğlubiyyətə uğradıb – 1:0. Oyunda yeganə qolu əlavə olunan vaxtda Villalibre vurub.

Beləliklə, “Alaves” növbəti mövsümdən La Liqada mübarizə aparacaq.

Xəbər 113 dəfə oxundu.