“Avro-2024”ün seçmə mərhələsində üçüncü tura yekun vurulub
İyunun 17-də futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində üçüncü tura yekun vurulub.

ikinci oyun günündə beş qrupda ümumilikdə 11 görüş baş tutub.

Azərbaycanın da yer aldığı F qrupunda Belçika doğma meydanda Avstriya ilə bacarmayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

A qrupunda Norveç öz meydanında gözlənilmədən Şotlandiyaya uduzub – 1:2. Bu qrupda Gürcüstan eyni hesabla səfərdə Kipri məğlub edib.

E qrupunda Albaniya Moldovanı 2:0, Çexiya isə səfərdə Farer adalarını 3:0 hesabları ilə məğlubiyyətə uğradıb.

G qrupunda hər iki oyun heç-heçə başa çatıb - Litva - Bolqarıstan - 1:1 və Monteneqro-Macarıstan - 0:0.

J qrupunda Lüksemburq öz meydanında Lixtenşteyndən üstün olub - 2:0. Portuqaliya isə Bosniya və Herseqovinanı üç cavabsız qolla məğlub edib - 3:0. Qrupun digər oyununda Slovakiya İslandiyanı yenib – 2:1.

Xəbər 131 dəfə oxundu.