Qadınlardan ibarət 3x3 basketbol millimiz yarımfinalda çıxış edəcək
3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirən qadın millimiz İrlandiya yığmasına 16-10 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Kişilərdən ibarət komandamız isə qrupun ikinci oyununda yerli Kipr seçməsinə 22-11 hesabı ilə məğlub olub.

Kişilərdən ibarət komandamız bu gün Bakı vaxtı ilə saat 12:15-də qrupda sonuncu oyununu Lüksemburq yığmasına qarşı keçirəcək.

Qadınların yarımfinal görüşləri isə Bakı vaxtı ilə saat 16:40-dan start götürəcək.

Xəbər 127 dəfə oxundu.