“Avro-2024”: Azərbaycan - Estoniya matçı başlayıb
“Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Estoniya oyunu başlayıb.

"Dalğa Arena"da keçirilən matçda Azərbaycan millisinin start heyətində Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Emin Mahmudov, Aleksey İsayev, Elvin Camalov, Renat Dadaşov, Mahir Emreli və Ramil Şeydayev yer alıblar.

Çexiyalı FIFA referisi Andrey Berkanın idarə etdiyi oyunda Estoniya seçməsinin heyətində isə meydana Karl Yakob Heyn, Myarten Kuusk, Marko Lukka, Mattias Kyayt, Rasmus Peetson, Henri Anier, Konstantin Vassilyev, Rauno Sappinen, Martin Miller, Karol Mets və Vlasi Sinyavski çıxıblar.

Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər.

Xəbər 109 dəfə oxundu.