Luis Felipe Skolari Braziliya klubuna baş məşqçi təyin olunub
Luis Felipe Skolari “Atletiko Mineyro” klubuna baş məşqçi təyin olunub.

Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2024-cü ilin sonunadək müqavilə imzalayıblar. Mütəxəssisin son iş yeri “Atletiko Paranaense” komandası olub.

O, ötən il “Atletoko Paranaense”nin baş məşqçiliyindən ayrıldıqdan sonra, noyabrda məşqçi karyerasını başa vurduğunu açıqlayıb.

Xəbər 112 dəfə oxundu.