“Real” klubu Harri Keyn ilə bağlı son təklif hazırlayır
“Real”ın rəhbərliyi “Tottenhem”in hücumçusu Harri Keynin transferi ilə bağlı son təklif hazırlayır.

Madrid klubu forvard üçün 100 milyon avrodan çox xərcləməməyi planlaşdırır. “Tottenhem” bu məbləğdən razı qalmasa, Madrid təmsilçisi transferdən imtina edəcək.

Fransız hücumçu Kərim Benzema “Real”ı tərk etdiyi üçün klub yeni forvard axtarışındadır.

2022-2023-cü il mövsümündə Keyn bütün turnirlərdə 49 matç keçirib. Bu oyunlarda o, 32 qol və beş məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

“Transfermarkt” internet-portalın məlumatına əsasən, futbolçunun təxmini qiyməti 90 milyon avrodur.

Xəbər 112 dəfə oxundu.