Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Oyunlar iyulun 5-dən 9-dək Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.

Xəbər 125 dəfə oxundu.