Azərbaycan çempionatlarında legioner rüsumları ilə bağlı qaydalar dəyişib
AFFA Azərbaycan çempionatlarında legioner rüsumları ilə bağlı qaydaları dəyişib.

Bununla bağlı AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Yeni qaydalara əsasən, 2023-2024-cü il mövsümünün startınadək 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün də eyni qayda qüvvədə olacaq.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunacaq:

Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5 000 (beş min) manat

Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10 000 (on min) manat

Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50 000 (əlli min) manat

Bir futbolçu mövsüm ərzində ikinci klubda sifariş olunacaqsa, rüsum tələb edilməyəcək.

Qeyd edək ki, yuxarıda göstərilən 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətə cəlb etdiyi əcnəbi futbolçuların sayı da daxildir.

Birinci Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunub.

Xəbər 119 dəfə oxundu.