Vitali Borisovun Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib
Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat olub.

Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib.

Paralel olaraq “Araz-Naxçıvan” klubunun da baş məşqçisi olacaq V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.




Xəbər 109 dəfə oxundu.