Xesus Navas İspaniya millisinin tarixinə düşüb
Xesus Navas futbol üzrə İspaniya millisinin tarixinə düşüb.

UEFA Millətlər Liqasının "Dördlər finalı"nın yarımfinalında İtaliyaya qalib gəldikləri (2:1) görüşdə iştirak edən yarımmüdafiəçi milli komanda ilə rəsmi oyuna çıxan ən yaşlı futbolçu adını qazanıb.

Start heyətdə yer alan və sonadək mübarizə aparan "Sevilya"nın kapitanı İtaliya ilə matç zamanı 37 yaş 205 günlük olub.

Qeyd edək ki, Navas 2009-cu ildə yığmada debüt edib. O, millidə 47 oyuna 5 qol vurub.

Xəbər 113 dəfə oxundu.