Sahil qəsəbəsində Milli Qurtuluş Gününə həsr olunan güləş yarışı keçirilib
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 16 nömrəli Peşə Liseyinin idman zalında Milli Qurtuluş Günü münasibətilə U-15 və U-17 yaşlı idmançılar arasında sərbəst güləş yarışı keçirilib.

Bakı və Sumqayıt şəhərlərindən 70-ə yaxın idmançının iştirak etdiyi yarışın təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AİJA prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, Qaradağ Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, 16 nömrəli Bakı Peşə Liseyinin direktoru Şakir Hüseynov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qaliblərinə AİJA-nın diplom və mükafatları təqdim edilib.

Xəbər 133 dəfə oxundu.