Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib
Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.

Son Avropa çempionatının qalibi olan yığmamız yeni açıqlanan sıralamada beşinci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 119 dəfə oxundu.