“Qarabağ” klubu Macarıstan və Polşa komandaları ilə qarşılaşacaq
Ağdamın “Qarabağ” futbol klubu yay təlim-məşq toplanışını Avstriyada keçirəcək.

Ağdam təmsilçisi yeni mövsümün hazırlığına iyunun 22-də başlayacaq.

Azərbaycan çempionu Avstriyada üç yoxlama görüşündə gücünü sınayacaq. Baş məqşçi Qurban Qurbanovun yetirmələri iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcəklər.

Üçüncü yoxlama görüşü üçün rəqib axtarışı davam edir.

Xəbər 126 dəfə oxundu.