“Turan Tovuz” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib
“Turan Tovuz” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Tovuz təmsilçisi Eltun Turabov ilə birillik müqavilə imzalayıb.

İyirmi altı yaşlı yarımmüdafiəçi növbəti mövsümü də “Turan Tovuz”da keçirəcək.

Qeyd edək ki, “Turan Tovuz” bunadək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev və Ehtiram Şahverdiyevlə müqaviləni yeniləyib.

Xəbər 117 dəfə oxundu.