UEFA Millətlər Liqasının finalçıları müəyyənləşib
Futbol üzrə UEFA Millətlər Liqasının "Dördlər finalı"nda növbəti finalçı bəlli olub.

Yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşıblar.

Niderlandın Ensxede şəhərindəki "Tvente stadionu"nda keçirilən görüş İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə etdiyi matçda İspaniya millisinin heyətində Yeremi Pino və Xoselu, rəqib komandadan isə Çiro İmmobile fərqləniblər.

Beləliklə, turnirin finalında İspaniya millisi Xorvatiya, üçüncü yer uğrunda görüşdə isə İtaliya seçməsi Niderland ilə qarşılaşacaq. Hər iki oyun iyunun 18-də keçiriləcək.

Xəbər 126 dəfə oxundu.