Akrobatika gimnastlarımız FIG kubokuna layiq görülüblər
Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıb.

Polşanın Jeşuv şəhərində keçirilən dünya kuboku yarışlarında mübarizə aparan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz cari ildə iştirak etdiyi üç dünya kuboku turnirində topladıqları ən yüksək nəticənin cəminə əsasən, FIG kubokuna layiq görülüb.

Dünya çempionatının gümüş mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Polşada təşkil olunan dünya kuboku yarışlarında çoxnövçülük proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Xəbər 145 dəfə oxundu.