Niderland millisi 118 ildən sonra antirekorda imza atıb
Futbol üzrə Niderland yığması UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiyaya əlavə vaxtda buraxılan qollarla 2:4 hesabı ilə məğlub olub.

Bu nəticə ilə Niderland millisi son 118 ildə ilk dəfə öz meydanında rəsmi oyunda 4 qol buraxıb.

Qeyd edək ki, Xorvatiya Millətlər Liqasının finalına vəsiqə qazanıb. Xorvatlar həlledici görüşdə İspaniya - İtaliya oyununun qalibi ilə üz-üzə gələcək. Uduzan komanda isə üçüncü yer uğrunda görüşdə Niderlanda rəqib olacaq.

Xəbər 120 dəfə oxundu.