İngiltərə Premyer Liqasının yeni mövsümünün püşkü atılıb
Futbol üzrə İngiltərə Premyer Liqasının 2023-2024-cü il mövsümünün püşkü atılıb.

Turnirin açılış matçı avqustun 11-də olacaq.

“Bernli” hazırkı çempion “Mançester Siti” ilə qarşılaşacaq.

Premyer Liqada mövsümün son turu gələn il mayın 19-da keçiriləcək.

Qeyd edək ki, geridə qalan mövsüm “Mançester Siti” çempion olub. İkinci yeri “Arsenal”, üçüncü yeri isə “Mançester Yunayted” tutub.

Xəbər 126 dəfə oxundu.