“Zirə” klubu dörd futbolçu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu dörd futbolçu ilə yollarını ayırıb.

Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donald Gerye ilə klub arasında imzalanmış müqavilə başa çatıb. “Zirə” futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Zirə” yay fasiləsində Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileudur və Cəlal Hüseynovla da yolları ayırıb.

Xəbər 125 dəfə oxundu.