MBA-nın cari mövsümünün finalının izlənmə reytinqi 2022-ci illə müqayisədə aşağı düşüb
Milli Basketbol Assosiasiyası (MBA) çərçivəsində keçirilən “Denver” və “Mayami” (4-1) arasında final seriyasının izlənmə statistikası dərc olunub.

Bu ilin finalını ABC-də orta hesabla 11,64 milyon tamaşaçı izləyib. Bu göstərici 2022-ci ildə olduğundan azdır. O vaxt “Qolden Steyt” və “Boston” arasında final seriyasını orta hesabla 12,402 milyon nəfər izləmişdi.

“Denver”in “Mayami” ilə beşinci oyununa orta hesabla 13,084 milyon tamaşaçı baxıb. Bu, dörd il ərzində ən yüksək göstəricidir və MBA-nın ötənilki beşinci oyununu – “Uorriorz” və “Seltiks” (13,016 milyon) oyununu azca üstələyib.

Pley-off tamaşaçılarının sayı bu il artıb: ABC, ESPN və TNT-də matçları orta hesabla 5,47 milyon tamaşaçı izləyib.

Xəbər 146 dəfə oxundu.