“Sabah” klubu Azərbaycanda iki, Avstriyada isə üç yoxlama oyunu keçirəcək
Bakının “Sabah” futbol klubunun yay hazırlıq planı bəlli olub.

Komanda növbəti mövsümün hazırlığına iyunun 21-də Bakıda başlayacaq. Paytaxtda baş tutacaq toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komandamız Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.

Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Xəbər 120 dəfə oxundu.