Luis Hamiltonun “Mercedes”lə yeni müqaviləsinin təfərrüatları məlum olub
“Mercedes” komandasının rəhbərliyi və Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton yeni müqavilənin imzalanmasına yaxındırlar.

Formula 1 çempionatının 103 yürüşünün qalibi ildə 42 milyon avro - yəni təxminən hazırkı sazişə müvafiq məbləğdə maaş alacaq.

Tərəflər, həmçinin müqavilədə Hamiltonun yürüşlərdən ayrıldıqdan sonra öhdəlikləri ilə bağlı şərtləri, o cümlədən britaniyalı pilotun “Mercedes”in elçisi olacağını və bu rola görə əməkhaqqı alacağını da qeyd edəcəklər.

Xəbər 147 dəfə oxundu.