Azərbaycan üçüncü Avropa Oyunlarında 13 idman növündə təmsil olunacaq
Azərbaycan üçüncü Avropa Oyunlarında 13 idman növündə təmsil olunacaq. Həmin idman növləri 6 şəhərdə keçiriləcək.

Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iyunun 14-də təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, Oyunların açılış və bağlanış mərasimi Krakov şəhərində təşkil olunacaq. Yarışda 86 idmançımız medallar uğrunda mübarizə aparacaq.

Xəbər 124 dəfə oxundu.