Şahmat üzrə dünya çempionu Din Lijen Bakıda dünya kuboku yarışlarında iştirak etməyəcək
Şahmat üzrə 17-ci dünya çempionu çinli qrosmeyster Din Lijen iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək dünya kuboku yarışlarında iştirak etməyəcək. Turnirə, həmçinin qrosmeysterlər Hikaru Nakamura (ABŞ), Alireza Firuzca (Fransa), Vişvanatan Anand (Hindistan) və Rixard Rapport (Macarıstan) da qatılmayacaqlar.

FIDE-nin reytinqində dördüncü yer tutan rusiyalı şahmatçı Yan Nepomnyaşşiy və 16-cı dünya çempionu, Norveç şahmatçısı, dünya reytinqinin lideri Maqnus Karlsen bundan əvvəl turnirdə öz iştiraklarını təsdiqləyiblər.

Daha bir rusiyalı, turnirə FIDE-dən fərdi dəvət alan Sergey Karyakin Bakıya səfərdən imtina edib. Şahmatçı yarışlarda iştirak etməməsinin səbəbini Rusiya bayrağı və himni olmadan çıxışı arzulamadığı ilə izah edib.

Xəbər 136 dəfə oxundu.