“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb
“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb.

Qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak komandanı tərk edib.

2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. Otuz iki yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. İyirmi dörd yaşlı ukraynalı legioner isə 7 oyuna çıxıb.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.

Xəbər 125 dəfə oxundu.