UEFA Millətlər Liqası: Niderland millisi Xorvatiya ilə qarşılaşacaq
Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı rumıniyalı baş hakim İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Xəbər 124 dəfə oxundu.