Ratomir Deliç: Şuşada daha yaxşı çıxış etdiyimizi düşünürəm
Şuşada keçirilən turnirin qalibi olduğumuz üçün çox xoşbəxtəm.

Bu sözləri Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışının qalibi olan Bakının “Neftçi” klubunun baş məşqçisi Ratomir Deliç jurnalistlərə açıqlamasında deyib.

Baş məşqçi bildirib ki, idmanda nəticəni əvvəldən bilmək olmur. Amma biz istənilən oyuna yalnız qalib gəlmək üçün hazırlaşırıq. Astara mərhələsində yaxşı çıxış edə bilmədik. Çünki hazırlıq üçün vaxtımız az oldu. Mövsüm yenicə başa çatmışdı və aparıcı oyunçularımız yorğun idilər. İki mərhələ arasında fərq oldu. Düşünürəm ki, bu dəfə daha yaxşı çıxış etdik.

Qeyd edək ki, turnirdə Azərbaycan, Almaniya, Rumıniya, Türkiyə, Niderland, Macarıstan milli komandaları, Bakının “Neftçi” və Yaponiyanın G FLOU klubları mübarizə aparıblar. Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən “Neftçi” klubu turnirin qalibi olub.

Xəbər 140 dəfə oxundu.