“Neftçi”nin basketbolçusu: Hədəfimiz qələbə qazanmaq idi
Azərbaycanı təmsil etdiyim və burada qalib gəldiyim üçün xüsusi hisslər keçirirəm.

Bu sözləri Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışının qalibi olan Bakının “Neftçi” klubunun üzvü Brianna Freyzer jurnalistlərə açıqlamasında deyib.

Basketbolçu bildirib ki, emosiyalarım əladır. Hədəfimiz qələbə qazanmaq idi. Həmçinin komanda kimi necə olduğumuzu görmək istəyirdik. Burada olduğum üçün özümü şanslı sayıram. Mənim üçün yaxşı təcrübə oldu.

Qeyd edək ki, turnirdə Azərbaycan, Almaniya, Rumıniya, Türkiyə, Niderland, Macarıstan milli komandaları, Bakının “Neftçi” və Yaponiyanın G FLOU klubları mübarizə aparıblar. Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən “Neftçi” klubu turnirin qalibi olub.

Xəbər 132 dəfə oxundu.