Şuşada keçirilən beynəlxalq basketbol turnirinin ən yaxşı oyunçusu müəyyənləşib
Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışın ən yaxşı oyunçusu (MVP) müəyyənləşib.

Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən Bakının “Neftçi” klubunun oyunçusu Derris Karter ən yaxşı seçilib.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparıblar.

Xəbər 128 dəfə oxundu.