UEFA Çempionlar Liqasında 2023-2024-cü il mövsümünün ilkin mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında 2023-2024-cü il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Püşkə əsasən, “Atletik Ekaldes” (Andorra) klubu “Buduçnost” (Monteneqro), “Tre Penne” (San Marino) komandası isə “Breydablik" (İslandiya) ilə qarşılaşacaq.

Yarımfinal görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq. İlkin mərhələnin hər cütü və final 1 oyundan ibarətdir. Bütün matçlar İslandiyada keçiriləcək.

Mərhələnin qalibi birinci təsnifat mərhələsinə yüksələcək və "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.

Xəbər 199 dəfə oxundu.