Dünya qadın seriyasının Şuşa mərhələsi: Macarıstan millisi “Neftçi”yə rəqib olub
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin ikinci gününə start verilib.
Macarıstan yığması dörddəbir final mərhələsi çərçivəsində Rumıniya millisini 21:13 hesabı ilə məğlub edib. Yarımfinal mərhələsinə yüksələn Macarıstan seçməsi Bakının “Neftçi” klubuna rəqib olub.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksəliblər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.

Xəbər 135 dəfə oxundu.