“Səbail” klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb
Bakının “Səbail” futbol klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb.

29 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycan millisinin üzvünün "Neftçi"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2017-2018-ci il mövsümündə "Səbail"in formasını geyinən Emil Balayev 2022-ci ildə yenidən komandaya qayıtmışdı.

Xəbər 111 dəfə oxundu.