“Neftçi” klubu dünya qadın seriyasının Şuşa mərhələsində növbəti qələbəsini qazanıb
Bakının “Neftçi” klubu 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci qələbəsini qazanıb.

A qrupunda yer alan Bakı təmsilçisi Rumıniya millisindən (20:11) sonra Türkiyə yığması ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən “Neftçi” 21:7 hesablı qələbəyə sevinib.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Xəbər 142 dəfə oxundu.