Niderland yığmasından dünya qadın seriyasının Şuşa mərhələsində ilk qələbə
Niderland milli komandası 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk qələbəsini qazanıb.

B qrupunda yer alan seçmə Yaponiyanın G FLOU komandası ilə qarşılaşıb. Rəqibinə 15:9 hesabı ilə qalib gələn niderlandlı baksetbolçular hesablarına ilk xalı yazdırıblar.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Xəbər 138 dəfə oxundu.